14 C
Baku
Şənbə, May 21, 2022

Türk aviaşirkəti rusiyalı səyahətçilərə fürsət verdi

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” rusiyalı sərnişinlərə rublla bilet almaq fürsətini qaytarıb.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) saytında məlumat verilib.

Bildirilir ki, son iki ay ərzində rusiyalı səyahətçilərin bu funksiyadan istifadəsi mümkün deyildi. Hazırda Türkiyəyə səfər etməyi planlaşdıran turistlər aviaşirkətin rəsmi saytında səyahət sənədlərini yenidən “Mir” kartı ilə ödəyə bilərlər və bu halda ödəniş rublla həyata keçiriləcək.

Lakin ATOR ekspertləri həmçinin xatırladıblar ki, Rusiya banklarının buraxdığı “Visa” və “Mastercard” kartları ilə bilet əldə etmək əvvəlki kimi mümkün deyil.

Aprelin əvvəlində xəbər verilmişdi ki, Türkiyə kurortlarına yalnız rus turistlərini daşıyacaq yeni aviaşirkət yaratmağı planlaşdırır. Məlumdur ki, sərnişinləri daşıyacaq şirkət Antalya hava limanında yerləşəcək və onun sərəncamında ikinci dərəcəli sanksiyalara məruz qalmaq riski olmayan təyyarələr olacaq.

 

 

Son xəbərlər
Oxşar xəbərlər