9 C
Baku
Tuesday, November 5, 2024

“Türk axını” kəməri ilə qazın nəqli dayandırılacaq

22-29 iyun tarixlərində “Türk axını” qaz kəmərinin dəniz hissəsində planlı təmir işləri aparılacaq.

“Anadolu” xəbər verir ki, təmir işləri kəmərin operatoru olan “South Stream Transport B.V.” şirkəti tərəfindən aparılacaq.

“Kəmərin hər iki dəniz hissəsindən təbii qazın tədarükü 22-29 iyun tarixləri arasında planlaşdırılmış illik profilaktik və yoxlama işləri ilə əlaqədar müvəqqəti dayandırılacaq”, – şirkətin məlumatında deyilir.

Qeyd edək ki, “Türk axını” kəməri Rusiya qazını Türkiyəyə və daha sonra Avropaya çatdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər