1 C
Baku
Thursday, February 9, 2023

Türk Dövlətləri Təşkilatı bərpa olunan və ağıllı enerjini müzakirə edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər
X