27 C
Baku
Saturday, July 27, 2024

Türk Dövlətlərinin Coğrafiya Şurası yaradılıb

Daşkənd şəhərində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan coğrafiya cəmiyyətlərinin rəhbərləri tərəfindən Türk Dövlətlərinin Coğrafiya Şurasının (TDCŞ) yaradılması haqqında saziş imzalanıb.

Bu barədə Coğrafiya İnstitutundan xəbər verilib.

Bildirilib ki, əsas məqsəd türkdilli ölkələr arasında innovasiya, ekologiya, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsidir.

Təsis Məclisinin yekunlarına əsasən Özbəkistan Coğrafiya Cəmiyyətinin rəhbəri Oybek Norinbayev 3 il müddətinə Türk Dövlətlərinin Coğrafiya Şurasının sədri seçilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər