Türk Dövlətləri Təşkilatı son günlər Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.
Təşkilatın bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:
“Qazaxıstan rəhbərliyinin gərginliyi dinc şəkildə aradan qaldırmaq imkanına sahib olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəkləri dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”.