21 C
Baku
Wednesday, June 26, 2024

Türk Dövlətlərinin prokurorları Bakıya gəlib

2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycanın Baş Prokurorluğunun təşkilatçılığı ilə bu gün “Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi: mövcüd vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, seminarda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın baş prokurorluqlarının nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini iştirak edib.

Qonaqlarla görüşən Baş prokuror Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçiriləcək seminarın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər