Türk dünyasında iqtisadi artım yarışı: lider ölkə 11,9 faizlik nəticə göstərib

2026-cı ilin ilk yarısı türk dövlətlərinin iqtisadiyyatında fərqli artım sürətləri ilə yadda qalıb. Bəzi ölkələr ikirəqəmli göstəricilərə yaxınlaşdığı halda, digərlərində daha mülayim dinamika müşahidə olunub.

Banker.az-ın verdiyi məlumata görə, ən yüksək iqtisadi artım 11,9 faizlə Qırğızıstanda qeydə alınıb. İkinci pillədə ÜDM-ni 8,5 faiz artıran Özbəkistan qərarlaşıb. Macarıstan 6,8 faiz, Türkmənistan 6,3 faiz, Şimali Kipr Türk Respublikası isə 6 faiz iqtisadi artım nümayiş etdirib.

Qazaxıstanda iqtisadiyyat 4,1 faiz, Türkiyədə 2,5 faiz böyüyüb. Azərbaycan üzrə artım göstəricisi 0,8 faiz təşkil edib.

Qırğızıstandakı yüksək dinamika investisiya fəallığı ilə müşayiət olunub. Ölkədə əsas kapitala yönəldilən vəsaitlər 64,3 faiz, bank aktivləri isə 55,9 faiz artıb. Özbəkistanda sənaye istehsalının 8 faiz, əsas kapital qoyuluşlarının 17,5 faiz və bank aktivlərinin 25,7 faiz yüksəlməsi də iqtisadi artımın geniş bazaya yayıldığını göstərir.

Müqayisə göstərir ki, regionda ən sürətli böyüyən iqtisadiyyatlar əsasən investisiyaların və daxili iqtisadi fəallığın güclü artdığı ölkələrdir. Lakin yüksək artım tempinin uzunmüddətli üstünlüyə çevrilməsi xarici ticarət balansından, maliyyə dayanıqlığından və yeni investisiyaların məhsuldarlığından asılı olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər