Türkiyənin Düzce əyalətində fermer Meksikada yaşayan dostunun tövsiyəsi ilə təsərrüfatında qara pomidor becərib.
Qeyd edək ki, pomidor bitkisi makro və mikroelementlərlə zəngindir.
Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan “Mont” sortu isə özünəməxsus dadı ilə bütün dünyada məşhurdur.
Qara pomidorda şəkərin miqdarı yüksək olub, dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. (Oxu.az)