18 C
Baku
Wednesday, May 29, 2024

“Türk Hava Yolları” 105, “Pegasus” isə 82 reysi ləğv edib

Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti 105, “Pegasus” aviaşirkəti isə 82 reysi ləğv edib

Bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, ləğv olunan reyslərin bəziləri bu gün, bəziləri isə sabah üçün nəzərdə tutulub.

Qərara səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.

Ləğv olunan reyslərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, dünən də “Türk Hava Yolları” eyni səbəbdən 40 reysi ləğv etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər