Bazar ertəsi İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” 170 reysi təxirə salıb.
Bu barədə şirkətin media ilə əlaqələr üzrə vitse-prezidenti Yəhya Üstün “Twitter“ səhifəsində bildirib.
“6 fevral 2023-cü il tarixində qar və əlverişsiz hava şəraitinin yaranacağı ilə əlaqədar olaraq, İstanbul Hava Limanından uçuş/gəlişi planlaşdırılan 76-sı daxili olmaqla, cəmi 152 reys; Fövqəladə Meteoroloji Hallar Komitəsinin verdiyi məhdudiyyətlə bağlı qərara əsasən Sabiha Gökçen Hava Limanına və hava limanından daha 18 reysimiz ləğv edilib.
Sərnişinlərə aviaşirkətin səhifəsində ən son uçuş məlumatlarını yoxlamaq təklif olunur” – deyə Üstün qeyd edib.