“Türk Hava Yolları”: Bu gün ləğv olan İstanbul – Bakı – İstanbul uçuşları bərpa olunub

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olan İstanbul – Bakı – İstanbul “Türk Hava Yolları” uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən  verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, – deyə bildirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları