“Türk Hava Yolları” İranın bir neçə şəhərinə uçuşları dayandırdı

“Türk Hava Yolları” şirkəti İranda koronavirusun yayılmasını nəzərə alaraq bu ölkənin Məşhəd, Təbriz və Şiraz şəhərlərinə uçuşları fevralın 27-nə qədər dayandırıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Səhiyyə Nazirliyi İran vətəndaşlarının təyyarə ilə ölkəyə daxil olmasını qadağan edib.

©Report

Son xəbərlər
Digər xəbərlər