Türk Hava Yolları Qazaxstana reyslərinin bərpa vaxtını açıqlayıb

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi aviaşirkətin Qazaxıstana uçuşlarının bərpasının vaxtı ilə açıqlama verib.

Şənbə günü Ekşi-nin Twitter səhifəsində yerləşdirilmiş paylaşımda Qazaxıstana uçuşların mümkün qədər tez bərpa olunacağı vurğulanıb.

“Dost və qardaş Qazaxəstana 4 istiqamətdə uçuşlar həyata keçiririk: Almatı, Nursultan, Türkistan və Aktau.

Biz Qazaxıstandakı tərəfdaşlarımızla daimi əlaqədəyik və ən qısa zamanda uçuşlarımızı bərpa edəcəyik”, – deyə paylaşımda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türk Hava Yolları Türkiyə ilə Qazaxıstan arasında bütün sərnişin reyslərini yanvarın 9-dək dayandırmışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər