Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib.
Report agentliyi xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) yerləşdirilmiş hesabatda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% və yaxud 3,3 dəfə azdır.
Hesabat dövründə aviaşirkətin ümumi gəlirləri isə 35% artaraq 17,5 milyard lirəyə (5,424 milyard manat) çatıb.