“Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb”.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev bildirib.
“İki il ərzində biz 500 milyon dollar portfeli olan Türk İnvestisiya Fondu yaratdıq. Fond, artıq işə başlayıb və ilk layihələri həyata keçirir”, – deyə Baş katib bildirib.
O əlavə edib ki, fondun fəaliyyəti iqtisadiyyatın, o cümlədən təşkilata üzv ölkələr arasında biznesin və qarşılıqlı ticarətin inkişafına yönəlib.