27 C
Baku
Saturday, July 27, 2024

Türk iş adamları Azərbaycana gələcək

12 oktyabr 2021-ci il tarixində türkiyəli iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir.

Banker.az xəbər verir ki, səfər çərçivəsində pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcəkdir. Səfər çərçivəsində türk fabrika sahiblərinin yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub.

Tədbirdə iştirak ödənişsizdir. Layihə ilə maraqlanan covid pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilər.

Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.

Layihə Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən təşkil olunur, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir. Təşkilati işlər isə Proaktiv PR Agentliyi tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər