Türk lirəsi TCMB-nin sərt addımları ilə bərabər möhkəmlənir

ABŞ dolları Türkiyədə ucuzlaşır

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul siysasəti komitəsi bugünkü iclasında önəmli qərarla yadda qalıb.

Banker.az bildirir ki, bu gün TCMB-nin uçot dərəcəsini 4.75 faiz bəndi artırmaqla, 10.25 %-dən 15 %-ə çatdırılıb. Bununla yanaşı, bir günlük repo və əks-repo faiz dərəcələri də müvafiq surətdə 13.50% və 16.50%-ə qaldırılıb.

TCMB-nin bu “radikal” addımından sonra artıq milli valyutanın qiymətində canlanma müşahidə edilir. Lirə ABŞ dolları, avro və qızıl qarşısında mühüm möhkəmlənməkdədir.

*USD/TRY cütlüyü TCMB-nin 14:00-dakı qərardan sonra  düşür.

Bigpara platformasındakı rəqəmlərə əsasən, USD/TRY məzənnəsi sessiya ərzində 1.63% azalmaqla 7.5903 səviyyəsinə düşüb. Banker.az xatırladır ki, bu məzənnə sonuncu dəfə 2 oktyabrda qeydə alınmışdı. Məlumdur ki, həmin ərəfələrdən 6 noyabr tarixinə qədər Türkiyənin milli valyutası anti-rekordlar qırmaqla 1 dolların məzənnəsi 8.50 lirənin üçərinə yüksəlmişdi.

Qeyd etməliyik ki, Uçot dərəcəsi TCMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0.75 % azaldılaraq 12%-dən 11.25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11.25 %-dən 10.75 %-ə, martın 17-də keçirilmiş iclasında 10.75 %-dən 9.75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9.75 %-dən 8.75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8.75 %-dən 8.25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8.25 %-dən 10.25 %-ə qaldırılıb.

Ölkənin requlyatoru inflyasiya və makroiqtisadi təziyiqləri nəzərə almaqla monetar siyasətdə yeni sərt addımların atılacağını öncədən agah etmişdilər. Yəni, infliyasiya rəqəmləri yumşaldılmayana qədər sərt monetar siyasəti qaçılmazdır. Əlavə olaraq, həftənin çərşənbə günü isə Türkiyə prezidenti Recəb Tayyıb Erdoğan ölkə iqtisadiyyatının inkişafı üçün faizlərin daha da azaldılmasının önəmliyini qeyd edib.

Mərkəzi Bankın sorğuları nə deyir?

Gözlənti Ehtimal Proqnoz Hədəf
2020-nin sonu 11.8% 10.5% 12.1% 5%
2021-in sonu 8%             9.4% 5%

 

Göründüyü kimi üzümüzə gələn 2021-ci il üzrə Türkiyədə inflyasiya proqnozunun hədəfdən yuxarı qaldığı nəzərə çarpır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.