Hal-hazırda bankların əksəriyyəti dollar və avro təklif edirlər. Bəzən isə qonşu dövlətlərə, məsələn Türkiyəyə ziyarətə gedən insanlar həmin dövlətlərin valyutasını hazır şəkildə özləri ilə aparmaq istəyirlər, çünki getdikləri ölkələrdə valyuta dəyişmə məntəqəsinin tapılması və uyğun məzənnə ilə konvertasiyası uzun vaxt apara bilər. Həm də bu, baha başa gələ bilər.
Ona görə də Banker.az olaraq, bu gün sizlər üçün Türkiyə valyutasının (Türk lirəsi) konvertasiyasını həyata keçirən bankları araşdırdıq və alış/satış kurslarını müəyyən etdik. Qeyd edək ki, bu məlumatlar bu günün məzənnəsinə əsaslanır.
Mərkəzi Bankın öz saytında yerləşdirdiyi məlumatlara əsasən bu gün 1 Türk lirəsi isə 0.2171 manat dəyərindədir.
Bankların təklif etdiyi alış və satış məzənnələri isə aşağıdakı cədvəldə aydın şəkildə əks olunmuşdur.