Türkiyədə inflyasiyanın dekabrda gözlənilməz enişi belə milli valyuta üçün təzyiq yaradıb. Baxmayaraq ki, onun hələ hədəfə düşməsi üçün hələ çox var.
Banker.az xəbər verir ki, dollar/Türk lirəsi cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 18.80 səviyyəsinə qədər enib. Hətta öncəki sessiyada məzənnə 18.85-i belə test etməklə tarixi maksimuma yüksəlib.
Türkiyədə istehlak qiymətləri indeksi noyabrda 84.39% olduğu halda, dekabrda gözlənilmədən 64.24%-ə düşdü. Bazar isə 66.53%-ə qədər enmişdi. Sual yarana bilər ki, inflyasiyanın düşməsi lirənin bəs hazırda məzənnəsinə niyə təsir edə bilər ki? Çünkü bundan öncə, əslində inflyasiyanın hər dəfə yüksəlməsi də onsuz lirə üçün ucuzlaşma təziyiqi yaradır.
Söhbət ondan gedir ki, Türkiyədə hökumət “yüksək faiz, yüksək inflyasiya” devizini əsas tutmuşdular. Ona görə də faizləri endirdilər və bu USD/TRY üçün kəskin dəyər itkisi ilə üzləşdirdi. Amma bu son dövrlərdə sanki birjalar tərəfindən güclü reaksiyaya səbəb olmadı.
İndiki durumda isə baxmayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini bir rəqəmliyə – 9.00%-ə salmaqla fasilə verəcəyini bəyan etmişdi, indiki iqtisadi imkanlar faizləri yenidən düşürmək üçün şərait yaradır. Nəzəri olaraq mərkəzi banklar ölkədə işsizlik səviyyəsinin artdığını və inflyasiyanın azaldığını gördükdə stimul olaraq monetar siyasəti bir qədər də yumşaldırlar.
Xəzinə və maliyyə naziri Nurəddin Nəbati türk lirəsinin pis olmadığını, rəqabətqabiliyyətli məzənnədə olduğunu və hələ də ixrac potensialının olduğunu bildirib. Məzənnə artımını istəmədiklərini bildirən nazir Nebati, məzənnə artımının inflyasiya və qeyri-müəyyənliyi artırdığına diqqət çəkib.
Digər tərəfdən, hökumət “asgeri üzret” dediyi minimum əmək haqqını Türkiyədə 8 500 lirə (450-470 dollar) səviyyəsinə çatdırıb ki, bu özü də lirə bolluğu fonunda milli valyutanın inflyasiyasının artması üçün əlavə təziyiqdir.