14 C
Baku
Sunday, September 29, 2024

Türk lirəsi dollar qarşısında bir qədər də möhkəmləndi – son 4 ayın maksimumu

Türkiyənin milli valyutası ABŞ dollarının qlobal bazarda məzənnəsinin zəifləməsi fonunda bir qədər də bahalaşaraq 2020-ci ilin avqustundan bu tərəfə ən yüksək həddə keçib.

İstanbul birjasında USD/TRY cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 09:45 radələrində 7.2979 səviyyəsinə qədər azalıb. Bu da sonuncu dəfə 19 avqust tarixində bu həddə olmuşdu.

Qeyd olunan radələrdə 1 dolların alış qiyməti 7.2978 lirə, satış qiyməti isə 7.3045 dollar olub.

Analitiklər, lirənin məzənnəsindəki möhkəmləni təkcə dolların indeksindəki məlum azalma ilə tam əlaqələndirmirlər. Belə ki, Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) Pul komitəsinin son iclasında gözlənilən sərt addımı ataraq, faiz dərəcəsini qaldırıblar. TCMB dekabrın üçüncü dekadasında inflyasiya və makroiqtisadi vəziyyəti nəzətə alaraq uçot faiz dərəcəsini 15%-dən 17%-ə qədər artırmalı olub.

Son xəbərlər
Digər xəbərlər