14 C
Baku
Sunday, September 29, 2024

Türk lirəsi möhkəmlənir – Dollar 7 lirəyə düşəcək

ABŞ və Türkiyə münasibətlərinin bir qədər dəyişə biləcəyi ehtimalları artıq milli valyutanı “dirildir”.

Banker.az bildirir ki, son günlərdə Türk lirəsi (TRY) Trump hökumətinin tətbiq etdiyi sanksiyalardan sonra bir qədər bahalaşmağa başlayıb.

Bigpara-nın son göstəricilərinə görə, hazırkı məzənnə 7.7891 USD/TRY olub. Bu da sessiya ərzində 0.0500 lirə, yəni, 0.6% ucuzlaşma deməkdir. İstanbul birjasında ABŞ dollarının alışı 7.7831 lirə, satışı isə 7.7915 lirə olub.

Tramp administrasiyası Rusiyanın S-400 raketdən müdafiə sistemini almaq qərarına görə Türkiyəyə gözləniləndən daha yüngül sanksiyalar tətbiq etdikdən sonra lirə dollar qarşısında möhkəmlənib. ABŞ-ın aparıcı mətbuat mənbələri tərəfindən prezident seçkilərində qalib elan edilən Joe Biden, ABŞ-ın sanksiya siyasətinə yenidən baxmağı planlaşdırdığını bildirib.

Bayden administrasiyası hesab edir ki, Trampın bu yanaşması həm müxalifləri, həm də müttəfiqləri bir qədər çətin vəziyyətə sürükləyir.1x 1

Londonda mənzillənən “Rabobank” analitiki Piotr Matys deyir ki, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalara yenidən baxılarsa və bu istiqamətdə yeni yumşalmalar olunduqda, növbəti ilin ikinci rübündə lirənin dolları qarşısında 7 lirənin altında ticarət ediləcəyi proqnozlaşdırılır.

Ankara və Vaşınqtonun münasibətlərinin yaxşılaşdırması fonunda USD/TRY valyuta cütlüyünün məzənnəsi 7.25-7.50 ətrafinda ticarət olunacaq, bunu, “Coex Partners’”-in makro-iqtisadçısı Henrik Gullberg deyir.

Son xəbərlər
Digər xəbərlər