10 C
Baku
Saturday, November 23, 2024

Türk lirəsi “özünə gəlir” – Dollara qarşı gün ərzində 5% bahalaşdı

Türkiyədə məzənnə dinamikası kəskin şəkildə dəyişməkdədərir. Türkiyə lirəsi ABŞ dolları qarşısında bu ün kəskin bahalaşma yaşadı.

Banker.az xəbər verir ki, dollar/TL (USD/TRY) cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 16:10 radələrinə 12.1694 səviyyəsində olub.

Bu da lirənin dollar qarşısında 5.1% möhkəmlənməsi deməkdir.

Qeyd edək ki, USD/TRY cütlüyü ötən gün tarixi maksimum yeniləməklə 13.53 səviyyəsinə qədər ralli yaşadı.

1312213131

Azərbaycanda mənzillənən “İnvest AZ” İnvestisiya Şirkəti isə bildirib ki, Türkiyədə inflyasiyanın sürətlə artması, eləcə də dolların birjalarda qüvvətlənməsi fonunda Türkiyə lirəsi çərşənbə günü tarixi rekord səviyyəsini yeniləyib.

“13.50 hədlərinə qədər bahalaşan USDTRY cütlüyü daha sonra 12.70 hədlərinə kimi geriləsə də qlobal analizlər artım tendensiyasının davam edəcəyini proqnozlaşdırmağa imkan verir. Qiymət 13.00 hədlərini üzərinə yüksələ bilsə, artım tendensiyası 13.50 və 14.00 hədlərinə qədər davam edə bilər”- deyə, “İnvest AZ” İnvestisiya Şirkətindən bildirilir.

Son xəbərlər
Digər xəbərlər