10 C
Baku
Bazar, Dekabr 5, 2021

Türk mediası Zəngilanda qurulan “ağıllı kənd” layihəsində video reportaj hazırlayıb

“TRT Haber” kanalının çəkiliş heyəti Azərbaycanın işğaldan azad etdiyi Zəngilan rayonundan reportaj hazırlayıb.

Reportajda Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin həyata keçirilmə işləri təqdim edilib.

200 evdən ibarət olacaq “Ağıllı kənd”də sakinlər üçün poçt şöbələri, sağlamlıq mərkəzləri, polis şöbəsi, kənd təsərrüfatı torpaqları nəzərdə tutulub.

Bundan başqa, kənd Günəş enerjisi vasitəsilə elektriklə təmin olunacaq.

Layihə əsasında 4 əsas yol qurulacaq, qəhrəmanların xatirəsinə Zəfər meydanı tikiləcək.

“Ağıllı kənd”ə 5 kilometr məsafədə Zəngilan Hava Limanı tikilir. İşlərin il sonunda yekunlaşması nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər
X