16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi açıqlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.

Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.

Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

Türk Şurasının Baş katibi Bağdad Amreyev bildirib ki, təşkilata dünyanın fərqli ölkələrindən ciddi maraq var. Onun sözlərinə görə, hazırda 15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir ki, bu mənada Türk Şurası dünya diplomatiyasında parlayan bir ulduzdur.

Zirvədə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq. Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər