16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Türk Telecom”un yeni CEO-su vəzifəsinə türk gətirildi

“Türk Telecom”un CEO-su Dr. Paul Doany vəzifəsindən gedib. Onun əvəzinə isə şirkətdə satış, marketinq, müştəri xidmətlərindən məsul Baş direktor müavini Ümit Önal gəlib.

“Türk Telecom”dan edilən yazılı açıqlamaya görə, şirkətdə yeni baş icraçı direktor Ümit Önal oldu. O, 2016-cı ildən bu yana “Türk Telecom”da satış, marketinq, müştəri xidmətlərindən məsul Baş direktor müavini vəzifəsini tuturdu.

 

Sabiq CEO Dr. Paul Doany

Açıqlamada “Türk Telecom”un İdarə Heyətinin Sədri Dr. Ömer Fatih Sayanın fikirlərinə yer verilib. O deyib:

“Türkiyənin texnologiya dəyişikliyinə fayda vermək vizyonu ilə yola çıxan Türk Telecomda satış, marketinq, müştəri xidmətləri sahəsində böyük uğurlar əldə edən Ümit Önal ilə davam edəcəyik”.

Türkiyənin informasiya cəmiyyətinə keçid dövründə yenilikçi məhsul, xidmətlər və texnologiya istiqamətli investisiya ilə fayda verdiyini deyən Sayan sözlərinə əlavə edib ki, “Bu gün sayı 34 000-ə yaxınlaşan Türk Telecom ailəsinin hər bir fərdi ölkənin hər bir köşəsində texnologiya və fasiləsiz rabitənin təmin etmək məqsədilə böyük bir həyəcanla dəyər yaradır. Ümit Önal şirkətdə işləməyə başladığı elə ilk gündən bu yana böyük həyəcanın və Türkiyənintexnologiya çevrilişinə liderlik etmək vizyonun bir hissəsi oldu. O, məsul olduğu satış, marketinq, müştəri xidmətləri sahələrində isə olduqca uğurlu olub. 2018-ci ildə 4,3 milyon xalis yeni abunəçi qazandıq. Bu isə 2008-ci ildəki IPO-dan bəri ən yaxşı abunəçi artım rəqəmi idi. Ümumi abunəçi sayımızı isə 46 milyona yüksəltdik. 2019-cu ilin iyunun sonundan isə ümumi abunəçi sayımız 47 milyona çatdı. Mobil abunə sayımız isə bazar payı hədəflərimizə uyğun bir şəkildə 22,4 milyona çatdı. Yeni CEO Ümit Önalın idarəçiliyi ilə Türk Telecomu daha böyük hədəflərə çatdıracağına ürəkdən inanıram”.

Sayan, CEO vəzifəsində üç ildir ki, “Türk Telecom”a fayda verən Dr. Paul Doanyə də təşəkkürünü edib və bundan sonrakı həyatında uğurlar arzulayıb.

Ümit Önal kimdir?

Ümit Önal 1973-cü ildə doğulub və İstanbul Universitetinin Kommunikasiya üzrə fakültəsinin məzunudur. O, iş həyatına media və kommunikasiya sektorunda başlayıb. 2007-ci ildə Turkuvaz Media Qrupuna qatılır. 2015-ci ilə qədər burada ATV Baş Müdiri, Reklam Qrup rəhbəri, İdarə Heyəti üzvi vəzifələrini tutub. O, “Digitürk” İdarə Heyəti üzvü və Baş direktor vəzifələrini 2015-ci ilə qədər icra edib. Ümit Önal, Digitürkün BeIN qrupa satış prosesini başa çatdırıb. O, Türk Telecom ailəsinə 2016-ci ilin sonunda qatılb. 2016-2018-ci illər arasında “Türk Telecom”un satış, marketinq, müştəri xidmətlərindən məsul baş direktor köməkçisi oldu. 2018-ci ilin dekabr ayından isə şirkətin marketinqindən məsul Baş direktor köməkçisi vəzifəsini tutdu. O, şirkətin IPO-dan bəri ən böyük inkişaf performansına liderlik edib. 2018-ci ildə son 10 ilin rekord abunəçi sayına və ən yüksək gəlir artımına imza atıb. 2019-cu ilin iyulun 31-dən etibarən CEO “kreslo”suna oturacaq.

©Facemark.az

Son xəbərlər
Oxşar xəbərlər