16 C
Baku
Friday, October 18, 2024

Türk Ticarət və Sənaye Palatasının Bakıda biznes forumu keçiriləcək

Türk Ticarət və Sənaye Palatasının aprelin 26-da Bakıda biznes forumu keçiriləcək.

Bunu Tükiyə Palatalar və Birjalar Birliyinin sədri Rıfat Hısarcıklıoğlu Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair “Dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, biznes forumda Türk Ticarət və Sənaye Palatasına üzv olan ölkələrdən (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan) nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair “Dəyirmi masa” keçirilib. Tədbirdə Türkiyənin ticarət naziri Ruhsar Pekcan, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər