13 C
Baku
Saturday, November 23, 2024

Türk valyutası dollara qarşı 22.00 lirəyə yaxın səviyyəni də test etdi

Türkiyə lirəsi ABŞ dollarına qarşı həftənin çərşənbə axşamı növbəti dəfə ucuzlaşaraq tarixi minimumunu – 22.00 səviyyəsinə yaxın bir test edib.

Banker.az xəbər verir ki, 1 dollar bu günkü sessiyada 21.7227 səviyyəsinə qədər gəlib çatmışdı, lakin sonradan bir qədər azalmaqla 21.4333 lirə səviyyəsində ticarət edilməyə başladı. Bu da 0.8% ucuzlaşmadı.

Azərbaycan Mərkəzi Bankının 6 iyun 2023-cü il tarixinə olan göstəricisinə görə 1 Türk lirəsi 0.00795 manat və ya AZN/TRY çarpaz hesablaması ilə 12.6103 səviyyəsində olub.

Qeyd edək ki, ötən gün Bloomberg açıqlamasında Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkanın olacağı bildirilib. Ölkənin ənənəvi iqtisadi siyasətini dəstəkləyən Mehmet Şimşek isə xəzinə və maliyyə naziri təyin edilib.

Nüfuzlu “Goldman Sachs”ın proqnozuna görə, USD/TRY cütlüyü növbəti 12 ay ərzində 28.00 səviyyəsinə qalxma şansı var. Lakin ölkənin monetar siyasətində sərtləşmə bu kəskin bahalaşmanı zəiflədə biləcəyini də istisna edib.

 

Son xəbərlər
Digər xəbərlər