-1 C
Baku
Sunday, December 15, 2024

Türkdilli ölkələr qarşılıqlı ticarət dövriyyəsini 27% artırıb

2023- cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci ilə nisbətən 27.3% artaraq 42 milyard ABŞ dollarına çatıb.

Bunu Türkiyənin Ticarət naziri Ömər Bolat bildirib.

Onun sözlərinə görə, bu rəqəm üzv ölkələrin ümumi ticarət dövriyyəsinin kiçik bir hissəsini təşkil edir.

“Nə qədər güclərimizi birləşdirsək, həmrəyliyimizi artırsaq, o qədər effektiv olarıq. Birliyimiz gücümüzdür. TDT olaraq 170 milyona yaxın gənc əhalimiz, 1.5 trilyon dollarlıq ümumi milli gəlirimiz, zəngin təbii sərvətlərimiz və Orta Dəhliz adlandırdığımız dünyanın ən mühüm ticarət marşrutu üzərində yerləşməmiz sayəsində ticarət-iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün böyük imkanlarımız var”, – deyə nazir qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər