6 C
Baku
Friday, February 6, 2026

“Turkish Airlines” İstanbuldan İrəvana uçuşlara başlayacaq

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı – “Turkish Airlines” ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

“İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib”, – komitədən qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər