21 C
Baku
Friday, September 30, 2022

Türkiyə əhali üçün təbii qazın qiymətlərinı 35% qaldırır – Səbəb dünyada bahalaşan qazdır

Türkiyənin dövlət enerji idxalçısı BOTAŞ (Boru Hatları ile Petrol Taşıma Anonim Şirketi) cümə axşamı günü axşam saatlarında sənaye obyektləri üçün təbii qaz qiymətlərini 50%, ev təsərrüfatları üçün isə 35% artırdığını artırdığını bildirib.

Banker.az bildirir ki, bununla da mart ayında inflyasiyanın 60%-i keçəcəcəyi gözləntisini artırıb.

BOTAŞ həmçinin aprelin 1-nə elektrik enerjisi istehsalı üçün təbii qaz qiymətlərinin 44,3% artdığını bildirib. Bahalaşmaya səbəb kimi enerji qiymətlərinin qlobal artımını göstərib.

Türkiyə enerji tələbatının demək olar ki, hamısını idxal edir, bu da onu böyük qiymət dəyişikliklərinə qarşı həssas edir. Hökumətin məlumatlarına görə, onun enerji xərcləri sentyabr ayında artmağa başlayıb və 2022-ci ilin ilk iki ayında illik müqayisədə 212% artaraq 16.8 milyard dollara çatıb.

Enerji qiymətlərinin artması səbəbindən BOTAŞ-ın Mərkəzi Bankdan xarici valyuta alışları son aylarda rekord həddə çatıb, Reuters agentliyi bunu bildirir.

İqtisadçılar təbii qaz qiymətlərinə edilən artımın inflyasiyanı 55 baza bənd yüksəldəcəyini hesablayır. Sənaye təbii qazının qiymətlərindəki artımın ikinci dərəcəli təsiri istehlak qiymətləri indeksini 55 baza bəndindən, yaxud 0.5%-dən çox artıracaq.

Türkiyədə fevral ayında istehlak qiymətləti indeksi 54,4% olub. Bu da əsasən, ötən il lirənin dollara nisbətdə 44% ucuzlaşması səbəbindən yüksəlib.

Son zamanlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar artan əmtəə qiymətləri ilə Türkiyədə inflyasiyanın mart ayında 61.5%-ə çatacağı gözlənilir. Reyters yazır ki, ilin sonuna kimi isə 52.2%-ə enəcəyi gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər