25 C
Baku
Saturday, July 27, 2024

Türkiyə əhalisinin sayı 85 milyonu ötüb

Türkiyənin əhalisi 2022-ci ildə 85 milyon 279 min 553 nəfər olub.

Bu barədə Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.

Statistikada qeyd olunub ki, dünya əhalisi 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali hesabatına görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin olub. Çini 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və 338 milyon 289 min 857 nəfərlə ABŞ izləyib.

Məlumat üçün bildirək ki, Çin, Hindistan və ABŞ dünya əhalisinin 39,9 faizini təşkil edir.

Son xəbərlər
Digər xəbərlər