32 C
Baku
Sunday, July 14, 2024

Türkiyə 2025-ci ildən xaricə “Togg” avtomobilləri satacaq

“Togg” avtomobili 2025-ci ildən etibarən ixrac olunmağa başlayacaq”.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O bildirib ki, hədəf hər il 200 min avtomobil istehsal etməkdir: “İstehsalı 10 il ərzində 1 milyona çatdırmaq istəyirik. “Togg”u görən hər kəs bəyənir, təşəkkür edir. Biz doğru zamanda düzgün texnologiyaya investisiya qoyduq. Əlbəttə, burada özəl sektorun da rolu var. Amma həlledici məqam Prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi idi”.

Nazirin sözlərinə görə, vətəndaşlar da yerli istehsalla qürur duyurlar.

M.Varank həmçinin müxalifətə müraciət edib və “Togg”la bağlı məsələləri siyasiləşdirməməyə çağırıb.

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Son xəbərlər
Digər xəbərlər