23 C
Baku
Saturday, April 20, 2024

Türkiyə 2030-cu ilədək “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır

Bursadakı avtomobil zavodunun konveyerindən çıxan, Türkiyə istehsalı olan “Togg” elektromobillərinin sayını 2030-cu il üçün 1 milyon vahid göstəriciyə çatdırmaq planlaşdırılır.

Bu barədə Dohada jurnalistlərə “Togg” şirkətinin baş direktoru Gürcan Karakaş bildirib.

“2030-cu ilin sonunadək “Togg”un beş müxtəlif modelinin buraxılışını təşkil etməyi, elektromobillərin ümumi sayını isə 1 milyona çatdırmağı planlaşdırırıq. Tezliklə “sedan” və “kross-kupe” istehsalını təşkil edəcəyik, sonra isə bu sıraya “B-SUV” və “C-MPV” əlavə olunacaq. Bununla da beş türk elektromobilindən ibarət tam sıra əldə edəcəyik”, – deyə Karakaş qeyd edib.

Bununla yanaşı, o, “Togg”un birinci seriyalı modelinə – krossover “T10X”ə yüksək tələbatın olduğunu vurğulayıb. Xatırladıb ki, şirkət artıq qabaqcadan 177 min sifariş alıb.

Baş direktor deyib ki, 2025-ci ildən başlayaraq, satışa “Togg” Fastback “T10F” avtomobili çıxarılacaq.

İlk “Togg” elektromobilləri ictimaiyyətə 2019-cu ildə təqdim olunub. Daha populyar olan SUV seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında aparılıb, o, 4,8 saniyə ərzində saatda 100 kilometrədək sürət yığıb.

Son xəbərlər
Digər xəbərlər