Türkiyə “all inclusive”dən imtina edir

0
Bodrum

Türkiyə otelləri “all inclusive” (hər şey daxil) sistemindən imtina edə bilər.

Türkiyə mətbuatına istinadən məlumata görə, turizmin yeni inkişaf strategiyasına əsasən, Türkiyə səfər zamanı 1 min dollardan az olmamaq şərti ilə pul xərcləməyə hazır olan turistlərin gəlişində maraqlıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu yaxınlarda Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy bəyan edib ki, turist sayının artımı daha Türkiyəni maraqlandırmır. Əsas məqsəd turizmdən gəlirlərin artırılmasıdır.

Ersoy düşünür ki, bunu otellərdə dincələn turistlərdən yox, ölkə boyu səfər edən, yerli təamlardan dadan və yaxud müalicəyə gələn turistlərin hesabına əldə etmək mümkündür.

– Oxu.az