22 C
Baku
Saturday, April 20, 2024

Türkiyə-Almaniya birgə müəssisəsi 10 ədəd “Boeing 737 Max 8” alacaq

Mərkəzi qərargahı Türkiyənin Antalya şəhərində yerləşən “SunExpress” aviaşirkəti 10 ədəd “Boeing 737 Max 8” markalı sərnişin təyyarəsi sifariş edib. 

Banker.az xəbər verir ki, Report agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, aviaşirkət bundan əvvəl də 32 ədəd “Boeing 737 Max 8” təyyarəsi sifariş etmişdi. Beləliklə, 42 təyyarə “SunExpress”ə 1,2 milyard ABŞ dollarına başa gələcək. 

Xatırladaq ki, “Boeing 737 Max 8” təyyarələrində keçən ilin oktyabr ayında və bu ilin mart ayında baş vermiş qəzalarda 346 nəfər həlak olub. Bundan sonra əksər ölkələr bu təyyarələrin istismarını dayandırıb. 

“SunExpress” 1987-ci ildə yaradılıb. Burada Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti və Almaniyanın “Lufthansa” aviaşirkəti hər biri 50% paya malikdir. 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər