Türkiyə Azərbaycanın üç universitetinin diplomunu tanımır?

0

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə Azərbaycanın bir neçə universitetinin diplomunun tanınmaması məsələsini həll etməyə çalışır.

Azərbaycanın Türkiyədəki səfirliyindən BBC News Azərbaycancaya deyiblər ki, Türkiyənin Yüksək Öğretim Kurulu bu məsələnin “FETÖ ilə əlaqəli olduğunu” bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin birindən BBC News Azərbaycancaya deyilib ki, təhsilini Türkiyədə davam etdirmək istəyən Bakı Mühəndislik, Odlar Yurdu və Gəncə Texnologiya universitetlərinin tələbələrinə Yüksək Öğretim Kurulu mənfi cavab verib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyi və Türkiyə Yüksək Öğretim Kurulu bu məsələni şərh etməyib.

Sonradan onu düzəltmək çətin olur”

Azərbaycanın Türkiyədəki səfirliyi bəzi Azərbaycan universitetlərinin Türkiyədə diplomlarnın tanınmaması qərarının ləğvi üçün bu ölkənin Yüksək Öğretim Kurulu( YÖK) ilə danışıqlar aparır.

Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova deyib ki, universitetlərin diplomlarının tanınmaması məsələsindən xəbərdardılar və bununla bağlı YÖK rəsmiləri ilə görüş keçirilib.

“YÖK də Türkiyənin Milli Təhsil Nazirliyindən daxil olan məlumatlar əsasında bu qərarın qəbul edildiyini bildirib. Biz araşdırırıq ki, bu universitetlərə qarşı sanksiyaların verilməsinə səbəb olmuş məlumatlar haradan gəlib. Yəqin ki, onların təhsil, Milli İstihbarat Təşkilatı və digər nümayəndələri bu məlumatları veriblər. Mən bu məlumatların səhv olduğunu, yanlış məlumat verildiyi ilə bağlı öz fikirlərimi bildirmişəm”, – Nəcibə Nəsibova BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, “kimsə nəsə edəndə sonradan onu düzəltmək çətin olur”.

Nəcibə Nəsibova deyib ki, Türkiyə rəsmiləri onlara adıçəkilən uiversitetlərin diplomlarının bu ölkədə tanınmaması səbəbi kimi “FETÖ əlaqələri ilə bağlı məlumatın daxıl olmasını” göstərib.

“Bura məlumat daxil olub ki, bu universitetlərdə FETÖ-yə yaxın olan müəllimlər işləyir. Amma mən də bunun doğru olmadığını, bunun kiminsə atdığı çamur olduğunu demişdim. YÖK-də görüşümdə nümunə də göstərdim ki, Odıar Yurdu Universitetində qəsd etdiyiniz şəxs oradan uzaqlaşdırıldı. Daha kimlər var, adlarını deyin ki, biz də araşdıraq”,- birinci katib YÖK nümayəndəsi ilə söhbətindən danışıb.

Nəcibə Nəsibova hazırda Türkiyənin Təhsil Nazirliyi ilə danışıqlar aparıldığını və məhdudiyyəti aradan qaldırmağa çalışdıqlarını vurğulayıb.

YÖK açıqlama vermir

Türkiyənin Yüksək Öyretim Kurulu bu məsələni BBC News Azərbaycancaya şərh etməyib.

“Qurumdan bildiriblər ki, onların belə bir qərarı yoxdur və ya bununla bağlı açıqlama vermirlər”,- YÖK-dən deyiblər.

“YÖK-dən mənfi cavab aldıq”

Adının açıqlanmasını istəməyən xaricdə təhsil şirkətinin nümayəndəsi BBC News Azərbaycancaya deyib ki, Türkiyədə magistr təhsili almaq istəyən bir neçə tələbə onlara müraciət edib.

Müraciət edən tələbələrin sorğusu Türkiyənin Yüksək Öğretim Kuruluna göndərilib və onlardan Bakı Mühəndislik Universitetinin və Texnologiya universitetinin tələbələrinə mənfi cavab verilib.

Xaricdə təhsil şirkətinin nümayəndəsi deyir ki, tələbələrə gələn məktubda məzun olduqları universitetlərin FETO/PYD qrupları ilə bağlı məsələlərdə adları hallandığından onların diplomlarının Türkiyədə tanınmamasına qərar verilib.

Türkiyə hökuməti bir neçə ildir ki, dini xadim, ABŞ-da mühacirətdə olan Fətullah Güləni dövlət çevrilişində ittiham edir. Hazırda ölkədə FETO ilə işbirliyində suçlanan minlərlə adam həbs olunub. O cümlədən, Türkiyə hökuməti kürdlərin təmsil olunduğu PYD-ni terror qrupu kimi tanıyır.

“Şayiədir”

Adıçəkilən ali təhsil müəssisələrinin bəziləri bu məsələni “şayiə”, “doğru olmayan xəbər” kimi təqdim edir, digərləri isə məsələnin araşdırıldığını bildirir.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev BBC News Azərbaycancaya deyib ki, Türkiyənin hər hansı qurumundan onlara rəsmi heç bir məlumat daxil olmayıb.

Rəcəb Rzayevin sözlərinə görə, “Bakı Mühəndislik universiteti Qafqaz Universitetini əvəzləyəndən sonra iki ildir ki, məzun buraxır: “Amma hələ ki, heç bir tələbə Türkiyədə magistr oxumağına əngəlin olduğu barədə bizə müraciət etməyib”, o bildirib.

“Mətbuatdan oxumuşuq”

Texnologiya universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova bu haqda mətbuatdan xəbər tutub.

O, BBC News Azərbaycancaya deyib ki, məsələ araşdırılır.

“Hər iki tərəfdən, Türkiyə və Azərbaycan tərəfdən bu iş araşdırılır. Səbəbləri ilə bağlı dəqiq məlumatımız yoxdur. Bizim məzunlardan hələlik Türkiyədəki ali təhsil müəssisələrinə daxil olan olmayıb deyə bizə birbaşa müraciət edən yoxdur. Bu xəbəri mediadan almışıq”,- Xəyalə Məmmədova bildirib.

BBC Azərbaycan