15 C
Baku
Saturday, April 20, 2024

Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin dəyərini 15 milyard dollara çatdırmaq istəyir

“2023-cü ilə qədər Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutmuşuq”.

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Onun sözlərinə görə, bununla bağlı iki ölkənin rəhbərliyinin ciddi tapşırığı var.

“15 milyard dollar çox böyük rəqəmdir və bu hədəfə çatmaq üçün həm prezident Rəcəb Tayyib Ərdoğan, həm də Prezident İlham Əliyev ciddi tapşırıqlar verib”, – Türkiyə rəsmisi qeyd edib. 

Son xəbərlər
Digər xəbərlər