Türkiyə bank sektorunun mənfəəti 4 ayda 5% artıb

Türkiyədə bank sektorunun ümumi mənfəəti yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 5% artıb.

Banker.az türkiyə Bank Tənzimləmə və Nəzarət Agentliyinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, Ötən ilin ilk dörd ayında 19.7 milyard lirə olan bank sektorunun ümumi xalis mənfəəti, bu ilin yanvar-aprel dövründə 20.7 milyard liraya yüksəlib.

Bank sektorundakı problemli kreditlərin cəmi kreditlərə nisbəti aprel ayında yüzdə 3.74 olub. Bu nisbət 2020-ci ilin eyni dövründə yüzdə 4.64 olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.