4 C
Baku
Sunday, February 25, 2024

Türkiyə bankı kartları və POS-terminalı tamamilə ləğv edir

Türkiyənin ikinci ən böyük özəl bankı “Garanti BBVA” bankının Ödəniş Sistemlərinin baş direktoru və bankın baş direktorunun müavini Murat Çağrı Süzer plastik kartları və POS-terminal aparatını tamamilə ləğv etmək istədiklərini açıqlayıb. Banker.az xəbər verir ki, Bloomberg HT televiziyasında Maliyyə Texnologiyaları proqramının qonağı olan Süzer, bankın Ödəniş Sistemlərinin gündəmində iki əsas məsələnin olduğunu vurğulayıb: şəffaflıq və rəqəmsal slip.

“Elektron ticarət artdıqca müştərilərə şəffaflıq təmin etməliyik. Şəffaflığın tərifi aşağıdakı kimidir: E-ticarətdən alış-veriş edən müştərilərimizlə sorğu apardıqda görürük ki, 10 müştəridən 7-si kartlarını hardasa saxlayır. Ancaq kartlarını harada saxladıqlarını soruşduqda 3 müştəri bilir, 7 müştəri dəqiq nömrə verə bilmir, xatırlamır. BonusFlaş üzvlükləri bölməsində müştərilərimiz kartlarının harada saxlandığını görə bilərlər. Artıq saxlamaq istəmədiyi yer varsa, bir düyməyə basaraq həmin saytdakı yaddaşı ləğv edə bilər. Diqqət yetirdiyimiz digər məsələ isə ətraf mühitə təsirdir. İndi POS-lardan çıxan slipləri ləğv edirik. Artıq müştərilərimiz BonusFlaş-a daxil olaraq “POS-lardan sliplərin çıxmasını istəmirəm” seçərək rəqəmsal slip tətbiqinə başlaya bilərlər. Biz plastik kart və POS-terminal aparatını tamamilə ləğv etmək istəyirik” – deyə, Süzer bildirib.

Son xəbərlər
Digər xəbərlər