15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Türkiyə bankları cari ildə $4 mlrd. xalis mənfəət əldə edib

faizlere

Türkiyə bank sektorunun cəmi aktivlərinin həcmi 2021-ci ilin avqust ayının sonuna 6 trilyon 730.3 milyard lirə olub.

Banker.az xəbər verir ki, bu barədə ölkənin məsul Bankları Tənzimləmə və Nəzarət Qurumu açıqlama yayıb.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10.2% artım dinamikasıdır.

Türk bank sektorunun aktivlərini ən böyük hissəsini formalaşdıran kredit portfelinin həcmi 3 trilyon 917.58 milyard lirə olmuş, qiymətli kağızlar portfeli isə 1 trilyon 138.33 milyard lirə olmuşdur.

Kredit portfeli illik müqayisədə 9.5%, qiymətli kağızlar portfeli isə 11.3% artmışdır.

Bankın öhdəlikləri içində əsas paya sahib olan depozitlərin həcmi 2020-ci illə müqayisədə bu il, artaraq 3 trilyon 869.98 milyard lirəyə yüksəlib.

Türk bankları ilin ilk 7 ayı ərzində 631.36 mlrd. lirə gəlir əldə etməklə 33.79 mlrd. lirə (~4 mlrd. ABŞ dolları) xalis mənfəət əldə ediblər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər