Türkiyə Braziliyadan uçuşları dayandırır

Türkiyə koronavirusun yeni ştammına görə Braziliyadan uçuşları dayandırır.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.

Xatırladaq ki, Türkiyə daha əvvəl ötürülə bilən mutasiya edilmiş koronavirus növü səbəbindən Böyük Britaniya, Hollandiya, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırıb.

Ankara peyvənd kampaniyasına Çinin “Sinovac” vaksinindən istifadə edərək yanvarın 14-də başlayıb, indiyədək ölkədə 1,2 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.