22 C
Baku
Monday, May 27, 2024

Türkiyə buğda, qarğıdalı və arpa idxalına 130% rüsum tətbiq edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə idxal edilən buğda, qarğıdalı və arpaya 130 faizlik rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Qeyd edək ki, Sinqapur üçün istisnalar mövcuddur: bu ölkədən məhsulların bir hissəsi 16.2% rüsumla Türkiyəyə gətirilə bilər. Eyni zamanda, Bosniya və Herseqovina üçün sıfır rüsum tətbiq edilməyə davam edəcək.

Daha əvvəl taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalı üzrə rüsumlar buğda üçün 45%, arpa üçün 35%, qarğıdalı üçün 25% olub. Lakin 2020-ci ilin oktyabrında pandemiyadan sonra Türkiyə əvvəlcə rüsumları azaldıb, sonra isə ləğv edib.

Türkiyə hakimiyyəti dörd Aİ ölkəsi (Polşa, Macarıstan, Slovakiya və Bolqarıstan) Ukrayna taxılının idxalını dayandırdıqdan cəmi bir ay sonra kənd təsərrüfatı məhsullarına rüsumlar tətbiq edib, çünki bu məhsulların rüsumsuz idxalı yerli fermerlərin iqtisadiyyatına mane olmağa başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər