27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə dünyanın ən böyük dalğa stansiyasını tikəcək

Türkiyənin Ordu şəhərinin limanında yeni tipli elektrik stansiyası yer alacaq. Bu, dalğa enerjisini elektrik enerjiyə çevirən Türkiyənin ilk obyekti olacaq. Mütəxəssislərə görə, yeni layihəyə investisiyalar təxminən 150 milyon dollar təşkil edəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Mənbənin vurğuladığı kimi, “Ordu Enerji” şirkəti “Eco Wave Power” şirkəti ilə 25 illik müqavilə imzalayıb. “Eco Wave Power” – okean və dəniz dalğalarını yaşıl elektrik enerjisinə çevirmək üçün sərfəli texnologiya işləyib hazırlayan İsveç yerüstü dalğa enerjisi texnologiyası şirkətidir.

Müqavilə Tel-Əvivdə keçirilən rəsmi mərasimdə imzalanıb. Beləliklə, razılaşma Türkiyə və İsraili yaxınlaşdırmaq səylərinin bir hissəsi olub.

Son xəbərlər
Digər xəbərlər