31 C
Baku
Friday, June 14, 2024

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Türkiyənin milli aviasiya daşıyıcısı olan “Turkish Airlines” (“Türk Hava Yolları”) Əfqanıstana uçuşları bərpa edib.

Üçillik fasilədən sonra birinci aviareys İstanbuldan Kabilə həyata keçirilib.

Paytaxtın hava limanı ərazisində Türkiyənin Kabildəki diplomatik missiyasının təmsilçiləri ilə “Taliban” hərəkatının müvəqqəti hökumətinin üzvləri arasında qarşılanma mərasimi təşkil olunmuşdu.

Türkiyə aviadaşıyıcısının nümayəndələri bildiriblər ki, iki ölkə arasında reyslər bundan sonra həftədə dörd dəfə icra olunacaq.

“Turkish Airlines”ın əfqan xalqının dünyaya “pəncərə”sinə çevriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, Türkiyə ilə Əfqanıstan arasında aviareyslər bu Asiya ölkəsində hakimiyyət dəyişikliyi fonunda 2021-ci il avqustun 15-dən dayandırılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər