21 C
Baku
Wednesday, October 5, 2022

Türkiyə elektron siqaretlərə qadağa qoyacaq

Türkiyə hökuməti ölkədə elektron siqaret satışını qadağan edəcək. Banker.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Fahrettin Kodja məlumat verib.

Qeyd edək ki, hal-hazırda təxminən 27 ölkə elektron siqaret və nikotin buxar sistemlərinə qadağa qoyub.

Onlara Argentina, Avstraliya, Braziliya, Kolumbiya, Meksika, Panama, Uruqvay, Belçika, Kanada, Danimarka, Niderland, Norveç və İsrail daxildir.

Gələcəkdə qadağaya ABŞ da qoşula bilər.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, elektron siqaretlər insanlarda ağ ciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bunun əsas səbəbi isə siqaretlərin tərkibində E vitaminin normadan artıq miqdarda olması ilə yanaşı temperatur artımı nəticəsində onun zərərli maddəyə çevrilməsidir.  

Son xəbərlər
Oxşar xəbərlər