8 C
Baku
Bazar, Yanvar 23, 2022

Türkiyə Ermənistana xüsusi nümayəndə təyin etdi

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib.

“Rəsmi qəzet” xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay keçiriləcək.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər