17 C
Baku
Tuesday, July 5, 2022

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı danışıqları bloklayıb

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı danışıqları bloklayıb. Banker.az xəbər verir ki, bu barədə Almaniyanın “DPA” agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün, mayın 18-də NATO-da bu ölkələrin təşkilata üzvlüyü müzakirə olunmalı idi.

İsveç və Finlandiyanın səfirləri Axel Vernhoff və Klaus Korhonen bu gün ölkələrinin alyansa qoşulması üçün rəsmi ərizələr təqdim ediblər. NATO-nun Baş katibi Yens Stoltenberq onların üzvlüyünü rəsmiləşdirmək üçün “sürətli addımlara” ümid etdiyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı olduğunu bildirib. Bu, iki ölkənin hakimiyyətinin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi və Ankarada terrorçu hesab edilən şəxslərin ekstradisiyasından imtina etməsi ilə bağlıdır.

Son xəbərlər
Oxşar xəbərlər