18 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.

“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib.

Xatırladaq ki, Türkiyə hərbçiləri Silahlı Qüvvələri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər