3 C
Baku
Wednesday, January 21, 2026

Türkiyə hökuməti yerli turizm müəssisələrinin borclarını 1 il müddətinə dondurdu

Türkiyə hökuməti yerli turizm müəssisələrinin dövlətə olan borclarının 1 il müddətinə dondurulması barədə qərar qəbul edib.

Bu barədə türk mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, bununla bağlı sahibkarlara Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirişlər daxil olmaqdadır. Borc tətilinin 925 milyon lirə məbləğində vəsaiti əhatə edəcəyi gözlənilir. Bu dəstəkdən 350 min turizm obyekti faydalanacaq.

Türkiyə Hotelçilər Assosiasiyasının sədr müavini Bülənt Bülbüloğlu turizm sənayesinin çətin bir dövrdən keçdiyini, göstərilən dəstəyin çox vacib olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər