16 C
Baku
Thursday, March 28, 2024

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır

Türkiyədəki aeroportlarla Azərbaycanın Naxçıvan bölgəsindəki hava limanı arasında birbaşa hava dəhlizinin açılması üçün işlər başa çatdırılıb. 

“Hürriyət” xəbər verir ki, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.

 

Onun sözlərinə görə, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

“Bununla da, əvvəllər İran və Ermənistan üzərindən həyata keçirilən reyslər birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər